MTN-nin Akademiyasının rəisi Ziya Yusif-zadə vəfat edib - YENİLƏNİB - VİDEO

MTN-nin Akademiyasının rəisi Ziya Yusif-zadə vəfat edib - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 30 sentyabr 2015 07:54 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Heydər Əliyev adına Akademiyasının rəisi general-leytenant Ziya Yusif-zadə vəfat edib.

APA-nın xəbərinə görə, Ziya Yusif-zadə ilə vida mərasimi MTN-nin Mədəniyyət Mərkəzində keçiriləcək. Mərhum bu gün II Fəxri xiyabanda dəfn olunacaq. Yas mərasimi Təzəpir məscidində keçiriləcək.

Qeyd edək ki, Ziya Yusifzadə 15 fevral 1929-cu ildə Nuxada (indiki Şəki) ziyalı ailəsində anadan olub. 1952-1956-cı illərdə Azərbaycan SSR Maarif Nazirliyində və Azərbaycan SSR Nazirlər Sovetində məsul vəzifələrdə işləyib.

1956-cı ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinə həqiqi hərbi xidmətə qəbul olunub. 1972-1976-cı illərdə DTK-nın əks-kəşfiyyat şöbəsinin rəisi, 1976-cı ildən DTK sədrinin I müavini, 1980-1988-ci illərdə isə DTK-nın sədri vəzifəsində çalışıb.

1977-ci ildə general-mayor, 1984-cü ildə general-leytenant hərbi rütbəsi alıb. 1988-1992-ci illərdə Azərbaycan SSR Nazirlər Sovetində Millətlərarası münasibətlər şöbəsinin müdiri işləyib, 1992-ci ilin avqust ayında öz xahişi ilə təqaüdə çıxıb.

1999-cu il iyunun 28-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Sərəncamı ilə hərbi qulluğa bərpa olunaraq Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasına rəis təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Azərbaycan Bayrağı" (2004) və "Şöhrət" ordenləri (2009) ilə təltif olunub.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR