İsrailin “LiveU” şirkəti videomaterialların yayılması üçün AZƏRTAC-a öz məhsulunu təklif edir

İsrailin “LiveU” şirkəti videomaterialların yayılması üçün AZƏRTAC-a öz məhsulunu təklif edir
# 22 iyul 2015 17:02 (UTC +04:00)

Bakı-APA. İyulun 22-də AZƏRTAC-da IP protokol əsasında birbaşa yayım rejimində mobil rabitə kanalları vasitəsilə videonun, habelə faylların ötürülməsi və idarə edilməsində peşəkar həllər sahəsində birincilərdən və lider olan “LiveU” şirkətinin məhsullarının təqdimatı keçirilib.

APA-nın “AZƏRTAC”-a istinadən verdiyi xəbərəg görə, təqdimatdan əvvəl Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) baş direktoru Aslan Aslanovun “LiveU” şirkətinin nümayəndələri – şirkətin MDB ölkələri üzrə prezidenti Svetlana Ginzburq və “LiveU”nun Azərbaycandakı tərəfdaşı “PROMIX” şirkətinin meneceri İbrahim Ağasıyevlə görüşü olub.

A.Aslanov bu ilin martında 95 illiyini qeyd edən AZƏRTAC-ın tarixindən söz açıb. AZƏRTAC-ın aparıcı informasiya agentlikləri ilə əlaqələrindən danışan baş direktor məlumat verib ki, 2016-cı ildə Azərbaycan paytaxtında iki nüfuzlu media qurumunun tədbirlərinin - Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının və Dünya Xəbər Agentliklərinin V Konqresinin keçirilməsi hüququnun əldə edilməsi agentliyin beynəlxalq media-məkanda geniş fəaliyyətinin nəticəsi olub. Bu tədbirlər keçiriləndən sonra AZƏRTAC 2016-2019-cu illərdə OANA-nın və Dünya Xəbər Agentlikləri Konqresinin sədri olacaq.

Baş direktor bildirib ki, AZƏRTAC 7 dildə informasiya yayır, onun 21 ölkədə və respublikanın bütün regionlarında müxbir məntəqələri var. “LiveU” nümayəndələrinin təklifini dinləyən A.Aslanov deyib: “Hazırda internet-jurnalistika formalaşır. Gələcək internet resurslarınındır. Buna görə də AZƏRTAC öz məhsullarını multimedia vasitələrinin köməyi ilə yaymağa üstünlük verir”.

Svetlana Ginzburq AZƏRTAC-ın texnoloji xidmətlərinin nümayəndələri üçün təqdimatda deyib: “LiveU” texnologiyası dünyanın hər hansı nöqtəsindən videosiqnalı birbaşa yaymağa imkan verir. Dünyanın 60-dan çox ölkəsinin ən iri şirkətləri materiallarını təcili ötürmək və mühüm hadisələri işıqlandırmaq üçün “LiveU”nun həllərindən istifadə edirlər”. O bildirib ki, “LiveU” birbaşa video yayımları üçün arxa çantaları və smartfonlardan tutmuş xarici antenalar ilə hibrid peyk və mobil rabitə sistemlərinə qədər qurğuların tam spektrini təklif edir. Bundan əlavə, “LiveU” videomateriallarının idarə olunması və yayılması üçün “Cloud” sistemlərinin imkanlarının genişləndirilməsini də təklif edir. “LiveU”nun həlləri şəbəkənin cari sürətindən asılı olaraq təsvirin keyfiyyətinin optimallaşdırılması imkanları ilə birlikdə 4G LTE/3G, HSPA+, WiMAX və Wi-Fi şəbəkələrinə çoxsaylı qoşulmanı dəstəkləyir. “LiveU”nun bütün məhsullarının təməlində bu dördüncü nəsil patentləşdirilmiş texnologiya dayanır.

S.Ginzburq sistemin buraxıcılıq qabiliyyəti, onun texniki parametrləri və s. barədə AZƏRTAC-ın əməkdaşlarının suallarını cavablandırıb. AZƏRTAC və “LiveU” videomaterialların təklif edilən sistemlər vasitəsilə ötürülməsi prosesini əyani nümayiş etdirmək üçün birgə onlayn-yayım keçirmək barədə razılığa gəliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR