Ötən ay Azərbaycanda 12 nəfər günvurma diaqnozu ilə xəstəxanaya yerləşdirilib

Ötən ay Azərbaycanda 12 nəfər günvurma diaqnozu ilə xəstəxanaya yerləşdirilib
# 01 sentyabr 2014 12:45 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Avqust ayı ərzində 20 nəfəri gün vurub, onlardan 12-si xəstəxanaya yerləşdirilib.

Bunu APA - ya açıqlamasında Bakı Şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyev deyib.

O bildirib ki, ötən ay müraciətlərin əksəriyyəti həmişə olduğu kimi ürək-damar xəstəlikləri ilə bağlı olub. Belə ki, havaların isti keçməsi ilə əlaqədar ürək-damar xəstələrinin sayı artıb.

Avqust ayında həmçinin 11 nəfəri ilan sancıb. Onlar xəstəxanaya yerləşdirilib. Bundan başqa ötən ay ərzində 19 nəfəri həşərat sancıb. Onlardan 15 nəfər xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR