Belarus XİN başçısı: "Rusiya ilə birgə Qərbin sanksiya siyasətinə adekvat cavab verməliyik”

Belarus XİN başçısı: "Rusiya ilə birgə Qərbin sanksiya siyasətinə adekvat cavab verməliyik”
# 18 noyabr 2014 08:50 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva – APA. Belarusla Rusiya Qərbin sanksiya siyasətinə adekvat cavab verməlidir.

APA-nın İTAR-TASS-a istinadən verdiyi xəbərə görə, bunu Belarusun xarici işlər naziri Vladimir Makey Minskdə iki ölkənin xarici siyasət idarələrinin kollegiya iclasında deyib.

“Belarus 2011-ci ildən etibarən Avropa İttifaqının viza və maliyyə məhdudiyyətlərinə məruz qalır. İndi bu məhdudiyyətlər Rusiyaya da tətbiq olunur. Gələcək üçün balanslı həll yolunun axtarılması və onlara adekvat cavab vermək üçün əlaqələrin yeni konfiqurasiyasına ehtiyac var”, - deyə V. Makey qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR