Ukraynanın keçmiş baş naziri barəsində rəsmi beynəlxalq axtarış elan olunub

Ukraynanın keçmiş baş naziri barəsində rəsmi beynəlxalq axtarış elan olunub
# 03 iyul 2014 21:48 (UTC +04:00)

Bakı-APA. Ukrayna Təhlükəsizlik Xidməti keçmiş baş nazir Nikolay Azarov barəsində beynəlxalq axtarış elan edib. APA-nın “RBK”ya istinadən verdiyi xəbərə görə, müvafiq məlumat Ukrayna DİN-in rəsmi saytında dərc edilib.

Elanda Azarovun bu ilin iyunun 3-də yoxa çıxdığı bildirilir. Bu ilin aprelində baş prokuror vəzifəsini icra edən Oleq Maxnitski Azarovun hakimiyyətdən sui-istifadə ittihamı ilə axtarışa verildiyini bildirmişdi.

Qeyd edək ki, Avropa Birliyi Nikolay Azarov və onun Regionlar Partiyasından Radanın deputatı olduğu oğlu Aleksey barəsində sanksiyalar tətbiq edib.

Bəzi məlumatlara görə, Nikolay Azarov hazırda Avstriyada yaşayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR