Avrokuboklarda ən çox qol vuran futbolçuların siyahısında dəyişiklik olub

Avrokuboklarda ən çox qol vuran futbolçuların siyahısında dəyişiklik olub
# 11 iyul 2014 08:16 (UTC +04:00)

Bakı – APA. Azərbaycan klublarının heyətində avrokuboklarda ən çox qol vuran futbolçuların siyahısında dəyişiklik olub. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının I təsnifat mərhələsinin “Tiraspol”la (Moldova) cavab matçında fərqlənən Baçana Sxadadze 6-cı dəfə belə uğura imza atıb.

Bununla, gürcüstanlı futbolçu 3 şərikindən uzaqlaşıb. Artıq Baçana bombardirlər siyahısında ikinci yerin vahid sahibidi. Sxadadze yalnız Rəşad Sadiqovdan geri qalır.

Bu yay “Xəzər Lənkəran”a keçən sonuncu cari mövsümdə avrokuboklarda oynamadığından, gürcüstanlı bir addımlığında olduğu rekorda çata da bilər. Bunun üçün Sxadadzeyə 1 qol lazımdı.

Legioner həmin qolu “Tiraspol”la görüşdə də vura bilərdi. Lakin onun yerinə yetirdiyi 2 penaltidən biri qol olmayıb.

Avrokuboklarda 10 ən məhsuldar futbolçumuz

1

Rəşad Sadiqov

7

2

Baçana Sxadadze

5

3-5

Əfran İsmayılov

5

3-5

Reynaldo Silva

5

3-5

Rəşad Sadıqov

5

6-10

Badri Kvaratsxeliya

4

6-10

Branimir Subaşiç

4

6-10

Feliks Felipe Almeyda

4

6-10

Julius Vobay

4

6-10

Vüqar Nadirov

4

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR