Masallıda evdə yanğın olub - FOTOSESSİYA - VİDEO

Masallıda evdə yanğın olub - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 30 sentyabr 2014 13:04 (UTC +04:00)

Masallı. Ağəddin Babayev - APA. Masallı rayonunda yanğın hadisəsi baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə sentyabrın 30-da günorta saatlarında rayonun Boradigah qəsəbə sakini 43 yaşlı Həsənağa Kazımova məxsus ikimərtəbəli fərdi evdə qeydə alınıb. Yanğının söndürülməsindən ötrü hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Masallı Rayon Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğının əhatə dairəsinin və qonşu tikililərə keçməsinin qarşısı alınıb. Yanğın nəticəsində xəsarət alan olmasa da, yeddi otaqlı, 2 dəhlizli, ümumi sahəsi 440 kvadratmetr olan evin 1 otağının 20 kv.m ərazisi içindəki məişət əşyaları ilə və həmçinin evin dam örtüyü 20 kv.m sahədə yanaraq yararsız vəziyyətə düşüb.

İlkin versiya kimi yanğının elektrik naqillərində yaranan qısaqapanma səbəbindən baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR