Ucarda üç maşın toqquşub, 4 nəfər yaralanıb

Ucarda üç maşın toqquşub, 4 nəfər yaralanıb
# 20 sentyabr 2014 15:12 (UTC +04:00)

APA-nın yerli bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında Baki- Qazax yolunun Ucar rayonunun Müsüslü kəndindən keçən hissəsində baş verib.

“KamAZ” markalı yük maşını “Hyundai” və “VAZ-2106” markalı minik avtomobillərinə çırpılıb. Nəticədə Bakı şəhər sakini, 58 yaşlı Qafarova Müşabə Süleyman qızı və onun nəvəsi, 3 yaşlı Qafarova Səma Cabir qızı, Laçın rayon sakinləri 47 yaşlı Rzayeva Mətanət Qalib qızı və 16 yaşlı Qədirzadə Ayxan Nazir oğlu bədən xəsarətləri ilə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR