Erməni kursantın atası: “Oğlumu öldürdükdən sonra intihar görüntüsü yaratmaq məqsədilə asıblar”

Erməni kursantın atası: “Oğlumu öldürdükdən sonra intihar görüntüsü yaratmaq məqsədilə asıblar”
# 21 may 2015 12:01 (UTC +04:00)

Bakı. Ağa Cəfərli - APA. Ermənistanda Vazgen Sarkisyan adına Hərbi İnstitutun qətlə yetirilmiş kursantı Aykaz Barseqyanın atası Arkadi Barseqyan hadisə ilə bağlı bəzi detalları açıqlayıb.

APA-nın "epress.am" saytına istinadən verdiyi məlumata görə, ata deyib ki, oğlunu yatdığı vaxt öldürüblər: "Onun ağzını əski ilə bağlayaraq döyüblər və bıçaqlayıblar. Sonra isə intihar görüntüsü yaratmaq məqsədilə asıblar".

Bəzi məlumatlara görə, hadisədə günahkar olanlardan biri də Hərbi İnstitutun rəsmilərindən birinin oğludur.

Hazırda işlə bağlı məhkəmə prosesi gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR