Xaçmazda iki maşın toqquşub, xәsarәt alan var

Xaçmazda iki maşın toqquşub, xәsarәt alan var
# 05 iyul 2016 08:47 (UTC +04:00)

Xaçmaz. Vәli Turan - APA. Bu gün səhər saatlarında Xaçmazda yol-nəqliyyat hadisəsi baş verib.

APA -nın şimal bürosunun verdiyi mәlumata görә, Gəndob-Yalama yolunun 27-ci kilometrliyində. Xaçmaz rayon Həsənqala kənd sakini, 26 yaşlı Ümid Məmmədovun idarə etdiyi 27 BP 621 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil 90 KO 801 dövlət nömrə nişanlı “Wolksvagen” markalı avtomobillə toqquşub. Hadisə nəticəsində “Mercedes” markalı avtomobildə olan sərnişin - 31 yaşlı Mürşüdoba kənd sakini Rəşad Hüseynov yüngül xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR