Azərbaycanda mülki şəxs minaya düşüb, ayağı amputasiya olunub - VİDEO

Azərbaycanda mülki şəxs minaya düşüb, ayağı amputasiya olunub - <span style="color: red;">VİDEO
# 15 aprel 2015 14:04 (UTC +04:00)

APA-nın qərb bürosunun verdiyi məlumata görə hadisə aprelin 15-də günorta saatlarında Goranboy rayonunun Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttinin yaxınlığında yerləşən Zeyvə kəndində baş verib.

Kənd sakini, 1993-cü il təvəllüdlü Nurlan Müğəddin oğlu Kərimov minaya düşərək xəsarət alıb.

Yaralı dərhal Goranboy rayon Mərkəzi xəstəxanasına oradan isə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına aparılıb.

N. Kərimovun sol ayağı amputasiya olunub, vəziyyətinin orta ağır olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR