AMEA: Bu il magistraturaya qəbul olan 11 gəncə hərbi xidmətdən möhlət hüququ veriləcək

AMEA: Bu il magistraturaya qəbul olan 11 gəncə hərbi xidmətdən möhlət hüququ veriləcək
# 12 iyul 2016 09:37 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu il Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturasına 56 nəfər qəbul olunub.

AMEA-nın Elm və Təhsil İdarəsinin rəisi Əminağa Sadıqov APA-ya açıqlamasında deyib ki, onlardan 45-i qız, 11-i isə oğlandır.

Onun sözlərinə görə, bu il AMEA-nın magistraturalarına qəbul olmaq üçün 607 nəfər ərizə verib, rəqabət yüksək olub: “Bu da təxminən 1 yerə 10 nəfər deməkdir. Cari tədris ili üçün AMEA-nın magistratura pilləsində 15 ixtisas üzrə yer ayrılıb. Magistraturaya daxil olmaq istəyənlər daha çox dəqiq elmlərə və mühəndis ixtisaslarına üstünlük veriblər.

Qəbul olunanların böyük əksəriyyəti 100-dən artıq bal toplayanlardır. Ən böyük müsabiqə kompyuter elmlərində, fizika, kimya, molekulyar biologiya, biotexnologiya və fiziologiya ixtisaslarında olub. Ən yüksək -134 bal toplayan riyaziyyat ixtisasına qəbul olunub. Bütövlükdə qəbul uğurlu keçib və AMEA-nın magistraturasına maraq böyük olub".

Ə.Sadıqov qeyd edib ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda edilən dəyişikliklərə əsasən, bu il AMEA-nın magistraturalarına qəbul olan 11 oğlana hərbi xidmətdən möhlət hüququ veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR