Ölkə çaylarında mövcud vəziyyət açıqlanıb

Ölkə çaylarında mövcud vəziyyət açıqlanıb
# 16 noyabr 2015 10:28 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-120, Kiçik Qafqazın çaylarında 60-160, Lənkəran-Astara bölgəsi çaylarında isə 70-120 faizini təşkil edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, noyabrın 16-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 45 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 370 m3/s olmaqla ongünlük normanın 210 faizini təşkil edir. 2014-cü ildə isə bu rəqəm 162 m3/s olmaqla ongünlük normanın 92 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 13 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 110 m3/s olmaqla, ongünlük normanın 129 faizini təşkil edir. 2014-cü ildə isə bu göstərici 46 m3/s təşkil edərək ongünlük normanın 54 faizinə bərabər olub.

Noyabrın 16-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 2, Şirvanda 6, Salyanda 10, Araz çayının Novruzlu məntəqəsində 3 sm azalma qeydə alınıb, Bankədə isə suyun səviyyəsində dəyişiklik müşahidə edilməyib.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 440 sm (2014-cü il noyabrın 16-da 306 sm), Şirvanda 329 sm (2014-cü il noyabrın 16-da 147 sm), Salyanda 290 sm (2014-cü il noyabrın 16-da 115 sm), Bankədə 225 sm (2014-cü il noyabrın 16-da 168 sm), Araz çayının Novruzlu məntəqəsində isə 165 sm (2014-cü il noyabrın 16-da 57 sm) təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR