Azərbaycan MN: Ermənistan Silahlı Qüvvələrinin itkilərinə Qarabağdan olan erməni gənclərin ölümü haqda məlumatlar daxil edilməyib

Azərbaycan MN: Ermənistan Silahlı Qüvvələrinin itkilərinə Qarabağdan olan erməni gənclərin ölümü haqda məlumatlar daxil edilməyib
# 03 aprel 2015 14:23 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Ermənistan Silahlı Qüvvələrinin cari ildə cəbhədə verdiyi itkilərin sayı Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin hazırladığı hesabatda əksini tapan rəqəmdən bir neçə dəfə çoxdur.

Bu barədə APA-ya açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib.

V. Dərgahlının sözlərinə görə, hesabatda qeyd olunan 26 nəfər Ermənistan Müdafiə Nazirliyinin rəsmən açıqladığı məlumatdır. Bunlar da əsasən Ermənistandan olan çağırışçılardır. Qarabağdan olan erməni gənclərin ölümü haqda məlumatlar bu siyahıya daxil edilməyib. Halbuki, bu göstəricilər real rəqəmlərdən üç dəfə artıqdır və 70-dən çox edir.

“Ermənistan Müdafiə Nazirliyinin itkilərini ictimaiyyətdən gizlətməsinə dair kifayət qədər fakt var. Bunu Ermənistan ictimaiyyəti, ağıllı insanlar başa düşürlər. Bütün bunlara baxmayaraq, bu itkilər istənilən formada üzə çıxır. Buna ən son misal kimi, yanvarın 31-də cəbhədə mina partlayışı zamanı ölən 6 erməni hərbçi haqda məlumatı gizlətmələrini göstərə bilərəm. Hansı ki, bu fakt sonradan video görüntü ilə təsdiqini tapdı”, - deyə V. Dərgahlı vurğulayıb.

V. Dərgahlının sözlərinə görə, cəbhədə yaşananların Ermənistan tərəfində yaratdığı psixoloji effekt artıq özünü göstərir: “Xüsusilə, mart ayının 19-dan sonra erməni ictimaiyyəti öz Müdafiə Nazirliyindən və ölkəsinin rəhbərliyindən izahat tələb etməyə başlayıb”.

Qeyd edək ki, Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov rəsmi məlumatlara görə, ilin əvvəlindən bu günədək cəbhədə Ermənistan Silahlı Qüvvələrinin 30-dan artıq hərbçisinin məhv edildiyini açıqlayıb.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR