Rəsmi sənədləri saxtalaşdırmaqda və dələduzluqda ittiham olunun şəxslər tutulub

Rəsmi sənədləri saxtalaşdırmaqda və dələduzluqda ittiham olunun şəxslər tutulub
# 12 mart 2013 09:20 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda axtarışda olan 2 şəxs həbs edilib. Bakı Şəhər Baş Polis İdarəsindən APA- ya verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 320-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddəsi ilə axtarışda olan Vüqar Qurbanov martın 11-də tutulub.

Digər məlumata görə, Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Aslan Əkbərov martın 11-də saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR