Nazir: “Ünvanlı dövlət sosial yardımı sisteminin elektron əsaslar üzərində təşkili istiqamətində konkret işlərə başlanılıb”

Nazir: “Ünvanlı dövlət sosial yardımı sisteminin elektron əsaslar üzərində təşkili istiqamətində konkret işlərə başlanılıb”
# 13 mart 2015 10:42 (UTC +04:00)

Sabirabad. Əlibəy Zeynallı - APA. Prezident İlham Əliyevin “Ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi haqqında” fərmanının icrasını təmin etmək məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanaraq təsdiq edilmiş tədbirlər planı əsasında yaradılmış işçi qrup tərəfindən ünvanlı dövlət sosial yardımı sisteminin elektron əsaslar üzərində təşkili istiqamətində konkret işlərə başlanılıb.

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.

Tədbirlər planına uyğun olaraq, ünvanlı dövlət sosial yardımları üçün vətəndaşlara fərdi kommunikasiya vasitələrindən və ya xüsusi olaraq quraşdırılmış infoköşklərdən istifadə etməklə müraciət imkanları yaradılmaqla, eyni zamanda müraciətlərə baxılması və yardımların təyinatı prosesinin tam avtomatlaşdırılması üçün yaxın beş ay ərzində texniki infrastruktur tam hazırlanacaq.

Nazir onu da qeyd edib ki, ünvanlı sosial yardımların təyinatında ünvanlılığın və şəffaflığın təminatına güclü nəzarət nəticəsində bu yardımlarla bağlı şikayət xarakterli müraciətlərin sayı kəskin şəkildə azalıb: “Eyni zamanda, ölkənin bölgələrində keçirdiyimiz vətəndaş qəbulları zamanı da ünvanlı yardımlarla bağlı müraciətlər, demək olar ki, minimuma enib. Ünvanlı sosial yardım sisteminin avtomatlaşdırılması bu sahədə ciddi irəliləyiş olmaqla, ünvanlı yardım təyinatında hansısa məmur müdaxiləsi mümkün olmayan şəffaf bir mühitin yaranmasında, bununla da şikayətlərin aradan qalxmasında çox təsirli vasitə olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR