Birgə təlimlərdə iştirak edəcək Türkiyənin hərbi təyyarələri və helikopterləri artıq Azərbaycandadır - FOTOSESSİYA

Birgə təlimlərdə iştirak edəcək Türkiyənin hərbi təyyarələri və helikopterləri artıq Azərbaycandadır - <span style="color: red;">FOTOSESSİYA
# 18 sentyabr 2014 16:58 (UTC +04:00)

APA – nın Müdafiə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, sentyabrın 19-da keçiriləcək təlimlərin növbəti mərhələsində Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus 30-dan artıq aviasiya vasitəsi, o cümlədən, “MiQ-29”, “F-16” qırıcıları, “Su-25”, “C-130 Herkules” hərbi-nəqliyyat təyyarələri, “Mi-24”, “AH-1W Super Cobra” döyüş və “Mi-17”, “Sikorski UH-60” döyüş-nəqliyyat helikopterləri iştirak edəcək.


Təlimlərdə iki ölkənin Hərbi Hava Qüvvələrinin müştərək fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət və döyüş uzlaşması imkanlarının öyrənilməsi, o cümlədən havadan zərbələr endirməklə, yer hədəflərinin məhv edilməsi tapşırıqları yerinə yetiriləcək.


Hərbi təyyarələr və helikopterlər gəlməkdə davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR