Bank Of Baku

Bakıda işlədiyi şirkətdən 76 televizor oğurlayan şəxs saxlanılıb

Bakıda işlədiyi şirkətdən 76 televizor oğurlayan şəxs saxlanılıb
# 18 iyun 2019 06:55 (UTC +04:00)

Bakıda şirkətin anbarından 76 ədəd televizor oğurlanıb.

APA xəbər verir ki, hadisə Qaradağ rayonunda baş verib.

Lökbatan qəsəbəsində yerləşən “Baku Hospitality Group” MMC-yə məxsus anbardan 2018-ci ilin iyulundan 2019-cu ilin mayınadək ayrı-ayrı vaxtlarda 76 ədəd televizor yoxa çıxıb. MMC-nin direktoru bu barədə Qaradağ Rayon Polis İdarəsinə müraciət edib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində sözügedən cəmiyyətə məxsus anbarda anbardar işləyən Abdullayev Kamran Yaşar oğlu oğurluq cinayətində şübhəli bilindiyi üçün saxlanılıb.

Hazırda araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR