Paşha Bank
Bank Of Baku

Bakı-Qazax yolunda qəzada iki nəfər ölüb - VİDEO

Bakı-Qazax yolunda qəzada iki nəfər ölüb - VİDEO
# 26 noyabr 2026 10:18 (UTC +04:00)

Yevlax rayonunda yük və sərnişin avtomobillərinin toqquşması nəticəsində iki nəfər ölüb.

APA-nın Qarabağ bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomagistralının Yevlax rayonunun Duzdağ qəsəbəsi yaxınlığından keçən hissəsində baş verib.

Belə ki, hərəkətdə olan “Mercedes Vito” markalı avtomobil “KamAZ”la toqquşub.

Qəza nəticəsində “Mercedes Vito”nun sürücüsü, 1955-ci il təvəllüdlü Qazax rayon sakini Altay Qasımov hadisə yerində ölüb.

Avtomobildə olan sərnişin, 1978-ci il təvəllüdlü Şəmkir rayon sakini İsmət Qasımov isə xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR