XVI Benedikt Vatikana qayıdıb

XVI Benedikt Vatikana qayıdıb
# 03 may 2013 01:38 (UTC +04:00)

Bakı-APA. Fəxri pontifik XVI Benedikt mayın 2-də Romanın yaxınlığında yerləşən Kastel Qandolfo şəhərindəki yay iqamətgahından Vatikana qayıdıb. O fevralın 28-dən bu vaxtadək qeyd olunan iqamətgahda yaşayıb.

APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, taxtdan imtina etmiş Roma Papası Vatikana helikopterlə gəlib.

Məlumata görə, Benedikti katolik kilsəsinin hazırkı rəhbəri Fransisk qarşılayıb. 86 yaşlı XVI Benedikt indiki Papanın iqamətgahı yaxınlığında yenicə təmirdən çıxmış müqəddəs Məryəm monastırında yaşayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR