Ali Məhkəmədə Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar elmi-praktik konfrans keçirilib - FOTO

Ali Məhkəmədə Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar elmi-praktik konfrans keçirilib - <span style="color: red;">FOTO
# 26 aprel 2013 09:18 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Ali Məhkəmədə Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə əlaqədar elmi-praktik konfrans keçirilib.

APA-nın məlumatına görə, konfransı giriş sözü ilə açan məhkəmənin sədri Ramiz Rzayev H.Əliyevin həyat və fəaliyyətindən danışıb: “Heydər Əliyev şərəfli ömür yolu keçib. O. dünya miqyasında tanınan siyasətçi, müstəqil Azərbaycan dövlətinin qurucusu, milli-mənəvi dəyərlərin müdafiəçisi olub. Onun rəhbərliyi və bilavasitə iştirakı ilə hazırlanmış və 1995-ci ildə ümumxalq referendumunda qəbul olunmuş Azərbaycan Konstitusiyası dövlət hakimiyyətinin mənbəyinin xalq olmasını rəsmiləşdirib. Bununla da demokratik hüquqi dövlət quruculuğunun, məhkəmə-hüquq sisteminin əsasları müəyyənləşdirilib. Konstitusiyada ifadəsini tapan bir çox müddəalar məhz Heydər Əliyevin ideyasının təzahürü olmaqla uzun illər demokratik Azərbaycan dövlətinin inkişafına xidmət edəcək”.

Daha sonra tədbirdə Ali Məhkəmənin hakimləri Fərhad Kərimov, İnqilab Nəsirov və digərləri Heydər Əliyevin fəaliyyətinin ayrı-ayrı mərhələləri haqqında danışıblar.

Konfransın sonunda H.Əliyevin həyat və fəaliyyətini əks etdirən film nümayiş olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR