“DəmirTaksit” kart sahibləri üçün “1+1” aksiyası keçirilir - FOTO

“DəmirTaksit” kart sahibləri üçün “1+1” aksiyası keçirilir - <span style="color: red;">FOTO
# 09 dekabr 2014 11:06 (UTC +04:00)

Bakı - APA-Economics. “DəmirBank”ın təqdim etdiyi “DəmirTaksit” kart sahibləri üçün yeni il münasibətilə “1+1” aksiyası keçirilir. Belə ki, “İDEAL” parfüm və kosmetika mağazalarından bir məhsul alana əlavə olaraq bir məhsul hədiyyə ediləcək. Aksiyaya 50-dən çox brendin məhsulları daxildir.

Qeyd edək ki, “1+1” aksiyası dekabrın 15-dək davam edəcək.

27 mindən çox istifadəçisi olan “DəmirTaksit” kartı məhsul və ya xidmətin dəyərini hissələrə bölüb ödəmək imkanı verən kredit kartıdır. Bu kredit kartını Azərbaycanda və eləcə də, dünyanın 200-ə qədər ölkəsində fəaliyyət göstərən ticarət və xidmət mərkəzlərində, bankomatlarda, həmçinin internetdə məhsul və xidmətin dəyərini ödəmək məqsədi ilə istifadə etmək mümkündür. “DəmirTaksit” kartları pulsuz təqdim edilir və kreditin rəsmiləşdirilməsi üçün komissiya haqqı tutulmur.

Ölkənin ilk kommersiya banklarından biri olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR