Bank Of Baku

Kvirikaşvili: “NATO-ya üzvlük Gürcüstanın əsas prioritetidir”

Kvirikaşvili: “NATO-ya üzvlük Gürcüstanın əsas prioritetidir”
# 30 aprel 2018 09:07 (UTC +04:00)

“NATO-ya üzvlük Gürcüstanın xarici siyasəti və təhlükəsizliyi üçün əsas prioritetdir”.
 

APA-nın yerli bürosunun məlumatına görə, bunu Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Tbilisidə keçirilən “NATO-Gürcüstan” xalq diplomatiyası forumunda çıxışı zamanı deyib.

 

Baş nazir bildirib ki, təşkilata üzvlük hədəfi Gürcüstan vətəndaşlarının möhkəm iradəsini əks etdirir: “Bu, o qədər vacibdir ki, hətta Gürcüstan Konstitusiyasının yeni redaksiyasına əlavə olunub. NATO ilə ötən il münasibətlər çox dinamik və dolğun keçib. Biz alyansın dəyərli və etibarlı tərəfdaşı olduğumuzu sübut etmişik”. 


G. Kvirikaşvili qeyd edib ki, Gürcüstan NATO ilə əməkdaşlıq formatlarından fəal istifadə edir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR