Moskvada polisi qətlə yetirməkdə günahlandırılan azərbaycanlı yaxalanıb - VİDEO

Moskvada polisi qətlə yetirməkdə günahlandırılan azərbaycanlı yaxalanıb - <span style="color: red;">VİDEO
# 29 may 2015 07:29 (UTC +04:00)

APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, saxlanılan şəxsin 1990-cı il təvəllüdlü Rəşidov Nemət İlham oğlu olduğu bildirilir. Onun haqqında həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, mayın 27-də gecə saat 03.00 radələrində polis əməkdaşları içində şübhəli şəxsin olduğu “Qazel” avtomobilini təqib ediblər. Moskva dairəvi yolunun 24-cü kilometrliyində “Qazel” patrul avtomobilləri tərəfindən dayandırılıb. Lakin cinayətdə günahlandırılan şəxs meşəyə qaçıb. Onu yaxalamağa çalışan polis əməkdaşlarından biri azı 3 bıçaq yarası alaraq hadisə yerində keçinib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR