Hindistanın qərbində 7 mərtəbəli binanın uçması nəticəsində 6 nəfər ölüb - YENİLƏNİB

Hindistanın qərbində 7 mərtəbəli binanın uçması nəticəsində 6 nəfər ölüb - <span style="color: red;">YENİLƏNİB
# 04 aprel 2013 20:22 (UTC +04:00)

Bakı-APA. Hindistanın qərbində 7 mərtəbəli binanın uçması nəticəsində 6 nəfər ölüb. APA-nın “RBK”ya istinadən verdiyi xəbərə görə, bu barədə yerli NDTV telekanalı məlumat yayıb. Məlumata görə, ölənlərin sayının artacağı istisna olunmur.

Hal-hazırda xilasetmə işləri davam edir, ölən və xəsarət alanların dəqiq sayı bir müddət sonra elan olunacaq.

İndiyədək 50 nəfər xilas edilib.

***** 21.13

Bakı – APA. Hindistanın qərbindəki Txana şəhərində 7 mərtəbəli yaşayış binası uçub. Yerli KİV-lər dağıntılar altında sakinlərin qaldığını qeyd edir.

APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, hadisə yerində xilasetmə işləri aparılır. Uçmuş binanın yeni tikili olduğu qeyd olunur.

Hadisənin səbəbləri, ölən və yaralananlar barədə hələlik məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR