Siyəzəndə baş vermiş qəzada “Qazel” markalı yük avtomobili yanıb

Siyəzəndə baş vermiş qəzada “Qazel” markalı yük avtomobili yanıb
# 02 mart 2013 22:58 (UTC +04:00)

Bakı-APA. Siyəzən rayonunda “Qazel” markalı yük avtomobili yanıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Siyəzən rayonu, Zarat kəndində (rayon mərkəzindən 21 km aralı) vətəndaşa məxsus “Qazel” markalı yük avtomobili sürücünün idarəetməni itirməsi nəticəsində yolun kənarındakı maneəyə çırpılıb. Yanğınla nəticələnən yol qəza hadisəsində avtomobilin yanar hissələri yanıb. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR