Bakı-APA. Suriya prezidenti Bəşər Əsəd yerli televiziyaya müsahibəsində bəyan edib ki, Qərb dövlətləri aralarında radikal islamçıların olduğu suriyalı üsyançılara yardım etməklə özlərinə böyük təhlükə yaradırlar.
“Qərb bundan əvvəl “Əl Qaidə”yə kömək etdiyinə görə zərərini çəkmişdi. İndi isə o eyni şeyləri Suriyada, Liviyada və başqa ölkələrdə təkrarlayır. Avropa ölkələrinə və ABŞ-a bu baha başa gələcək”. APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, prezidentin bəyanatı onun “Facebook”dakı səhifəsində dərc olunub.
Bundan başqa, Suriya prezidenti İordaniya hökumətini də tənqid atəşinə tutub. B.Əsədin sözlərinə görə, İordaniya hökuməti terrorçuların Suriyaya keçməsinin qarşısını almaq üçün heç bir tədbir görmür.
“Mən inana bilmirəm ki, İordaniyada Fələstinin apardığı mübarizəyə kömək məqsədi ilə ərazisinə keçmiş yüngül silahlı hər bir şəxs həbs edildiyi halda, yüzlərlə silahlı terrorçunun Suriyaya keçməsinin qarşısı alınmır”, deyə Əsəd vurğulayıb.