Şəkidə 18 yaşlı gənc iki nəfəri bıçaqlayıb

Şəkidə 18 yaşlı gənc iki nəfəri bıçaqlayıb
# 08 aprel 2013 06:54 (UTC +04:00)

Şəki. Vüqar Heydərov - APA. Şəkidə bıçaqlaşma hadisəsi olub. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Şəki rayon-şəhər Polis Şöbəsindən məlumat verilib.

Məlumata görə, Şəki şəhər sakini, 1974-cü il təvəllüdlü Lətifov Azər Zəkəriyyə oğlu sol budunun kəsilmiş və deşilmiş, Şəki şəhər sakini, 1983-cü il təvəllüdlü İmanov Əjdər Aftandil oğlu isə sol qabırğaaltı nahiyəsinin kəsilmiş və deşilmiş yarası ilə Şəki Mərkəzi Şəhər Xəstəxanasının (MŞX) cərrahiyə şöbəsinə daxil olublar.

Şəki RŞPŞ-nin əməliyyat-axtarış qrupunun keçirdiyi əməliyyat tədbiri zamanı məlum olub ki, onları Şəki şəhər sakini, 1995-ci il təvəllüdlü Süleymanov Ramin Rahib oğlu Şəki şəhər ərazisində bıçaqlayaraq hadisə yerindən qaçıb.

Keçirilmiş tədbir nəticəsində R. Süleymanov saxlanılaraq istintaqa təhvil edilib.

Faktla bağlı Şəki RŞPŞ-də cinayət işi başlayıb istintaq aparılır. Hadisənin səbəbi araşdırmadan sonra məlum olacaq.

Şəki MRX-dan APA-ya daxil olan məlumata görə, A. Lətifov və Ə. İmanov cərrahiyə əməliyyatı olunub, müalicələri xəstəxanada davam etdirilir.

Onların vəziyyəti orta-stabil hesab edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR