Ağ Ev: «Ukrayna hakimiyyəti «insanların siyasi motivlərlə təqibinə» son qoymalıdır»

Ağ Ev: «Ukrayna hakimiyyəti «insanların siyasi motivlərlə təqibinə» son qoymalıdır»
# 09 aprel 2013 02:50 (UTC +04:00)

Bakı-APA. Ukrayna hakimiyyəti «insanların siyasi motivlərlə təqibinə» son qoymalıdır. ABŞ Milli təhlükəsizlik şurasının Ağ Ev yanında nümayəndəsi Keytlin Heyden belə bir bəyanatla çıxış edib.

Bu bəyanat Ukrayna prezidenti Viktor Yanukoviçin keçmiş daxili işlər naziri Yuri Lutsenko və ətraf mühitin mühafizəsi naziri Georgi Filipçuku əfv etmək barədə qərarında sonra verilib.

«Bu Ukraynada demokratiya və qanunun aliliyinə dair narahatlıq doğuran məsələlərin həllində vacib addımdır. Biz Ukrayna hakimiyyətini bütün siyasi motivli təqiblərə son qoymağa və bu tipli seçkili ədalət mühakiməsinin təkrarlanmaması üçün hərtərəfli məhkəmə islahatı keçirməyə çağırırıq», deyə Heyden bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR