Bakı. Musa Əhmədov – APA-Economics. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,85 dollar bahalaşaraq 51,64 dollar təşkil edib.
“APA-Economics”in məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 1,30 dollar artaraq 57,87 dollar olub.