Qırğızıstanın baş naziri Azərbaycan səfirini qəbul edib - FOTO

Qırğızıstanın baş naziri Azərbaycan səfirini qəbul edib - <span style="color: red;">FOTO
# 26 aprel 2013 08:20 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli-APA. Qırğızıstan baş naziri Jantoro Satıbaldiyev Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Hidayət Orucovu qəbul edib. APA-nın Qırğızıstan hökumətin saytına istinadən verdiyi məlumata görə, görüşdə ikitərəfli əlaqələrin mövcud vəziyyəti müzakirə olunub.

J. Satıbaldiyev H. Orucovu səfir vəzifəsinə təyinatı münasibətilə təbrik edərək onun yeni vəzifədə ikitərəfli əlaqələrin möhkəmləndirməsinə səylərini əsirgəməyəcəyinə əminliyini ifadə edib.

Görüşdə ikitərəfli əlaqələri dərinləşdirəcək məsələlər də müzakirə olunub. Səfir və baş nazir bu il Qırğızıstan-Azərbaycan biznes forumun keçirilməsi və İstanbul-Bakı-Bişkek aviareysin açılması ilə bağlı öz fikirləri ilə bölüşüblər.

H. Orucov öz növbəsində Azərbaycanda məşhur qırğız yazıçı Çingiz Aytmatovun 85 illik yubileyin keçirilməsi ilə bağlı dövlət səviyyəsində hazırlıq işləri getdiyini vurğulayıb və baş nazir J. Satıbaldiyevi Azərbaycana rəsmi səfərə dəvət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR