Yevlaxda mağazanı qarət edib, sonra isə yandırıblar

Yevlaxda mağazanı qarət edib, sonra isə yandırıblar
# 30 oktyabr 2014 10:15 (UTC +04:00)

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, oktyabrın 15-ə keçən gecə Yevlax rayonunun Aşağı Bucaq kəndində kənd sakini Elnur Kərimova məxsus mağazada yanğın baş verib. Nəticədə 12 kv/m sahədə mağazanın yanar konstruksiyaları və oradakı ərzaq məhsulları qismən yanıb.

Yevlax Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən aparılmış araşdırmalar zamanı mağazadan Havarlı kənd sakinləri Elçin İsgəndərov və Asif Nəsibov tərəfindən ərzaq məhsullarının oğurlanması və sonradan yandırılması müəyyən edilib və onlar tutulublar.

A. Nəsirovun evinə baxış zamanı 2 ədəd çətənə kolu da aşkar edilərək götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR