Müxalifət partiyalarının rəhbərləri görüşüb

Müxalifət partiyalarının rəhbərləri görüşüb
# 05 aprel 2013 16:20 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) qərargahında Vahid Azərbaycan Milli Birlik Partiyasının (VAMBP) təşkilatçılığı ilə bir sıra müxalifət partiyalarının rəhbərlərinin görüşü keçirilib. Bu barədə APA-ya Ümid Partiyasının sədri İqbal Ağazadə məlumat verib.

İ. Ağazadə bildirib ki, görüşdə müxalifətin funksional əməkdaşlığının konturları barədə müzakirə aparılıb: “Siyasi partiyaların hamısı bu məsələyə müsbət yanaşıb. Ümummüxalifət koalisiyasının yaradılması, müxalifətin əməkdaşlığının genişləndirilməsi istiqamətində variantlar axtarılır”.

Görüşdə VAMBP sədri Hacıbaba Əzimov, Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, KXCP sədri Mirmahmud Mirəlioğlu, Xalq Partiyasının sədri Pənah Hüseyn, ACP sədri Sülhəddin Əkbər, Ümid Partiyasının sədri İqbal Ağazadə, AMİP sədri Yusif Bağırzadə, Azadlıq Partiyasının sədri Əhməd Oruc, bəzi ziyalılar və QHT nümayəndələri iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR