TRT-nin Bakı təmsilçiliyi 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar iki proqram hazırlayıb

TRT-nin Bakı təmsilçiliyi 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar iki proqram hazırlayıb
# 28 mart 2013 10:57 (UTC +04:00)

Bakı – APA. TRT Azərbaycanın dərdinə şərik olmağa davam edir. TRT-nin Bakı təmsilçiliyindən APA-ya verilən məlumata görə, 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü TRT-nin dörd kanalında yayımlanacaq xəbər və proqramlarla dünyaya çatdırılacaq.

TRT-nin Bakı təmsilçiliyi tərəfindən bu mövzuda “Tarixin qara səhifəsi” və “Qafqazlardan əsən yellər’’ adlı iki proqram hazırlanıb. Bu proqramlar “TRT Haber”, “TRT Türk”, “TRT Avaz” və “TRT Anadolu” kanallarında yayımlanacaq. “Tarixin qara səhifəsi” Azərbaycan İqtisad Universitetində keçiriləcək tədbirdə iştirakçılara təqdim ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR