Qaitinin paytaxtında baş nazirin köməkçisi qətlə yetirilib

Qaitinin paytaxtında baş nazirin köməkçisi qətlə yetirilib
# 26 mart 2013 03:16 (UTC +04:00)

Bakı-APA. Qaitinin baş naziri Lorana Lamotanın köməkçisi ölkənin paytaxtı Port o Prens şəhərində naməlum şəxslər tərəfindən qətlə yetirilib.

APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, Jorj Anri Onora yaşadığı evin qarşısında motosikletlə hərəkət edən iki nəfər maskalı şəxs tərəfindən qətlə yetirilib.

Onora baş nazirin köməkçisi vəzifəsindən başqa yerli qəzetlərdən birinin baş redaktoru və Milli Xalq Partiyasının baş katibi olub.

Qeyd edək ki, Qaitidə son aylar siyasi vəziyyət xeyli gərginləşib. Paytaxtda keçirilən aksiyalarda etirazçılar qiymətlərin aşağı salınmasını və prezident Mişel Marteyinin istefasını tələb edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR