ASA həyat sığortası sahəsində olan problemlərin həlli mexanizmlərini hazırlayacaq

ASA həyat sığortası sahəsində olan problemlərin həlli mexanizmlərini hazırlayacaq
# 29 oktyabr 2014 09:46 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. Bu gün “Azərbaycan Sığortaçılar Assosiasiyası” (ASA) İctimai Birliyinin yeni yaradılmış “Həyat sığortası” komitəsinin ilk iclası keçirilib.

ASA-dan “APA-Economics”ə verilən məlumata görə, iclasda ASA-nın sədri Orxan Bayramov, adı çəkilən komitənin sədri - “PAŞA Həyat” sığorta şirkətinin İdarə Heyətinin sədr müavini Niyaz İsmayılov, eləcə də komitənin digər üzvləri iştirak edib.

iclasda həyat sığortası bazarında mövcud vəziyyət və problemlər müzakirə olunub. Qərara alınıb ki, həyat sığortası şirkətlərinin üzləşdiyi problemlər “Vacib, həlli çətin”, “Vacib, həlli asan”, “Az vacib, həlli çətin” və “Az vacib, həlli asan” olmaqla qruplaşdırılsın və onların həllinə dair təkliflər yaxın 2 həftə ərzində şirkətlərdən toplanılsın.

Bundan sonra isə növbəti iclasda həmin problemlərin həlli mexanizmləri hazırlanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR