“Meliorasiya və su təsərrüfatının inkişafında Heydər Əliyev ideyalarının rolu” mövzusunda elmi-praktiki konfrans keçirilib - FOTO

“Meliorasiya və su təsərrüfatının inkişafında Heydər Əliyev ideyalarının rolu” mövzusunda elmi-praktiki konfrans keçirilib - <span style="color: red;">FOTO
# 05 iyun 2015 15:47 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Bu gün su təsərrüfatı və meliorasiya işçiləri peşə bayramını qeyd edir. Bu münasibətlə “Azərsu” ASC və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin kollektivləri Fəxri xiyabana gələrək Heydər Əliyevin və Zərifə Əliyevanın xatirəsini yad edib, daha sonra Şəhidlər xiyabanını ziyarət ediblər.

“Azərsu” ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı münasibəti ilə “Meliorasiya və su təsərrüfatının inkişafında Heydər Əliyev ideyalarının rolu” mövzusunda elmi-praktiki konfrans keçirilib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Aqrar siyasət məsələləri şöbəsinin müdiri Azər Əmiraslanov son illər su təsərrüfatı və meliorasiya sahəsində irimiqyaslı layihələrin həyata keçirildiyini xatırladaraq bu sahədə görülən işlərinin qeyri-neft sektorunun inkişafı baxımından əhəmiyyətli olduğunu vurğulayıb.

Meliorasiya və Su Təsərrüfatı ASC sədrinin birinci müavini Məmməd Sadıq Quliyev “Meliorasiya və su təsərrüfatının dayanıqlı inkişafı Heydər Əliyev kursunun uğurlu davamının nəticəsidir”, “Azərsu” ASC “Sukanal” Elmi Tədqiqat Layihə İnstitutunun direktoru Yaşar Kəlbiyev “Su təchizatı layihələrinin icrasında beynəlxalq əməkdaşlıq”, Meliorasiya və Su Təsərrüfatı ASC-nin şöbə müdiri Əjdər Cavadov “2015-ci “Kənd təsərrüfatı ili”ndə meliorasiya və su təsərrüfatı sahəsində qarşıda duran işlər uğurla davam etdirilir”, “Azərsu” ASC-nin departament rəisi Bahadır Kəngərli “Azərbaycan Respublikası regionlarının su təchizatında yeni mərhələ”, Elmi Tədqiqat Su Problemləri İnstitutunun direktoru Elçin Qənbərov “Azərbaycanın su ehtiyatları və onların səmərəli istifadəsinin elmi əsasları” mövzularında məruzə ediblər.

Konfransın sonunda Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə hazırda respublikada geniş suvarma sistemlərinə, kollektor-drenaj şəbəkələrinə malik meliorasiya və su təsərrüfatı kompleksinin fəaliyyət göstərdiyini bildirib.

“Heydər Əliyevin Kür və Ceyranbatan su mənbələrindən istifadə sahəsində görüldüyü işlər bu gün Bakı şəhəri və Abşeron yarımadasının içməli su təchizatında müstəsna rol oynayır. Su təsərrüfatı sektorunun iri layihələrindən olan Oğuz-Qəbələ-Bakı magistral su kəməri prezident İlham Əliyevin təşəbbüsü ilə tikilib istismara verilib. Ceyranbatan ultra süzgəcli sutəmizləyici qurğusu yaxın vaxtlarda istismara verilməsi ilə Bakı şəhəri və ətraf qəsəbələrin içməli su təchizatı daha da yaxşılaşacaq. Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, hazırda şəhər və rayon mərkəzlərində içməli su təchizatı və kanalizasiya infrastrukturlarının yenidən qurulması layihələri uğurla davam etdirilir”, - deyə “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov çıxışı zamanı bildirib.

Qeyd edək ki, prezident İlham Əliyevin 4 iyun 2015-ci il tarixli sərəncamları ilə su təsərrüfatı sahəsində səmərəli fəaliyyətlərinə görə “Azərsu” ASC-nin 14 əməkdaşı fəxri adlar və medallarla təltif olunublar. Təltif olunanlardan 2 nəfəri “Əməkdar mühəndis” adına layiq görülüb, 12 nəfəri isə “Tərəqqi” medalı ilə mükafatlandırılıb. Su təsərrüfatının inkişafında xüsusi xidmətlər göstərən və əmək fəaliyyətində fərqlənən 100 əməkdaş “Azərsu” ASC sədrinin əmri ilə fəxri fərmana layiq görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR