Göyçay və Füzulidə biçilmiş taxıl sahələri yanıb

Göyçay və Füzulidə biçilmiş taxıl sahələri yanıb
# 09 iyul 2015 03:53 (UTC +04:00)

Bakı-APA. Göyçay və Füzulidə yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Göyçay rayonu, Qarayazı kəndində kənd bələdiyyəsinə məxsus dağlıq ərazidə 10 ha biçilmiş taxıl sahəsi yanıb. Yaxınlıqdakı digər biçilmiş taxıl sahələri yanğından mühafizə olunub.

Füzuli rayonunda isə kənd bələdiyyəsinə məxsus dağlıq ərazidə 10 ha biçilmiş taxıl sahəsi yanıb. Yaxınlıqdakı digər biçilmiş taxıl sahələri yanğından mühafizə olunub.

Hər iki halda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR