Dünya fond bazarlarında əksər səhmlər bahalaşıb

Dünya fond bazarlarında əksər səhmlər bahalaşıb
# 06 mart 2015 06:27 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Amerika fond bazarında Dow Jones indeksi 0,21% - 18 135,72 bəndədək, S&P 500 0,12% - 2 101,04 bəndədək, NASDAQ 0,32% - 4 982,71 bəndədək artıb.

APA-Economics”in məlumatına görə, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,61% - 6 961,14 bəndədək, Fransa CAC-40-ı 0,94% - 4 963,51 bəndədək, Almaniya DAX-ı 1,00% - 11 504,01 bəndədək bahalaşıb.

Asiya fond bazarında Nikkei 225 indeksi 1,06% - 18 950,94 bəndədək, Hang Seng 0,01% - 24 195,75 bəndədək, Shanghai 0,17% - 3 253,87 bəndədək artıb.

COMEX-də sonuncu hərraclarda qızılın bir unsiyasının qiyməti 3,10 dollar artaraq 1 199,30 dollara, gümüş isə 0,04 dollar bahalaşaraq 16,20 dollara satılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR