TQDK-nın “İnformatika” vəsaiti çap olunub

TQDK-nın “İnformatika” vəsaiti çap olunub
# 12 fevral 2013 08:45 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən hazırlanmış “İnformatika” vəsaiti işıq üzü görüb.

TQDK-dan APA-ya verilən xəbərə əsasən, “İnformatika” vəsaiti tələbələr, bakalavrlar, doktorantlar, dissertantlar, magistraturaya və vakant iş yerlərinə qəbula hazırlaşanlar üçün tərtib edilib.

İnformatika üzrə magistraturaya qəbul proqramına uyğun hazırlanmış bu vəsaitdə bütün mövzuların nəzəri şərhi test tapşırıqları ilə müşayiət olunur. Bu da qəbula hazırlaşanlara həm öz bilik və bacarıqlarını artırmağa, həm də hazırlıq səviyyələrini testlər vasitəsilə yoxlamağa imkan verəcək.

Vəsaiti TQDK-nın qarşısındakı “Abituriyent” köşkündən almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR