ABŞ ilin sonuna qədər 34 min əsgərini Əfqanıstandan çıxaracaq

ABŞ ilin sonuna qədər 34 min əsgərini Əfqanıstandan çıxaracaq
# 13 fevral 2013 08:27 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. Bu ilin sonuna qədər 34 minə yaxın ABŞ hərbçisi Əfqanıstanı tərk edəcək. APA-nın xəbərinə görə, bunu Konqresdəki çıxışında ABŞ prezidenti Barak Obama deyib. O, hazırda Əfqanıstanda 66 minə yaxın ABŞ hərbi qulluqçusunun olduğunu bildirib: “Daha əvvəl biz 33 min əsgəri geri qaytarmışdıq. Bu gün elan edirəm ki, il ərzində daha 34 min əsgər evə dönəcək. Əfqanıstandakı qoşunların ixtisarı davam edəcək və gələn ilin sonuna kimi Əfqanıstanda müharibə başa çatacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR