Gürcüstanın baş naziri «Gürcü Arzusu» partiyasının fəxri sədri seçilib

Gürcüstanın baş naziri «Gürcü Arzusu» partiyasının fəxri sədri seçilib
# 16 fevral 2013 15:08 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə - APA. Gürcüstanın baş naziri Bidzina İvanişvili «Gürcü Arzusu-Demokratik Gürcüstan» siyasi partiyasının fəxri sədri seçilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, partiyanın sədrinin müəyyənləşməsi ilə bağlı seçkilər «Gürcü Arzusu»nun bu gün Tiflis Filarmoniyasında təşkil olunan qurultayında keçirilib. Baş nazirin fəxri sədr seçilməsini qurultay nümayəndələri yekdilliklə dəstəkləyiblər.

Qeyd edək ki, bu gün «Gürcü Arzusu»nun 1 681 nəfər nümayəndəsinin iştirak etdiyi qurultayda həmçinin 550 qonaq iştirak edir. Bu gün partiyanın Nizamnaməsinin yeni redaksiyada qəbul edilməsi planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR