Balakəndə 22 yaşlı gənc bıçaqlanıb - VİDEO

Balakəndə 22 yaşlı gənc bıçaqlanıb - <span style="color: red;">VİDEO
# 06 mart 2015 07:46 (UTC +04:00)

Balakən. Vüqar Heydərov - APA. Balakəndə 22 yaşlı gənci meşədə bıçaqlayıblar. Balakən Rayon Mərkəzi Xəstəxanasından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, martın 5-də saat 23:30 radələrində rayonun Kortala kənd sakini, 1993-cü il təvəllüdlü Tural İkram oğlu Şibriyev döş qəfəsinin sol yarısının kəsilmiş və deşilmiş bıçaq yarası ilə xəstəxanaya daxil olub. 22 yaşlı Tural Şibriyevin üzərində cərrahiyə əməliyyatı aparıldıqdan sonra o, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.


Balakən rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Kortala kəndi yaxınlığındakı meşə zolağında baş verib. Faktla bağlı Balakən RPŞ-də cinayət işi başlanıb, T. Şibriyevin kim tərəfindən və hansı şəraitdə bıçaqlanması araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR