"Bakcell" öz abunəçilərinə və ölkəyə gələn qonaqlara 4G rouminq xidməti təklif edən ilk və yeganə mobil operatorudur

"Bakcell" öz abunəçilərinə və ölkəyə gələn qonaqlara 4G rouminq xidməti təklif edən ilk və yeganə mobil operatorudur
# 03 iyul 2015 15:22 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti yüksək sürətli LTE mobil interneti təqdim etməsinin ardından qısa müddət ərzində dünyanın 14 ölkəsində 4G rouminq xidmətini aktivləşdirib. 2015-ci ilin may ayında smartfonlara uyğunlaşdırılmış LTE xidmətini istifadəyə verən Bakcell şirkəti hazırda Azərbaycanda abunəçilərə 4G rouminq xidmətlərini təqdim edən yeganə mobil operatordur.

"APA-Economics" xəbər verir ki, "Bakcell" abunəçiləri ölkə xaricində olarkən yüksək sürətli 4G LTE xidmətlərindən yararlana biləcəklər. Bundan əlavə, 4G rouminq xidmətindən istifadə üçün qiymətlər 3G xidmətində olduğu kimi qalacaq.

"Bakcell" 4G rouminq xidmətinin mövcud olduğu ölkələrin və operatorların siyahısı:

Ölkə

Operator

1.

ABŞ

AT&T network

2.

Belçika

Belgacom Proximus

3.

Çexiya Respublikası

Vodafone

4.

Yunanıstan

Vodafone Panafon

5.

İrlandiya

Vodafone

6.

İtaliya

Vodafone

7.

Portuqaliya

Vodafone

8.

Rumınya

Vodafone

9.

Rusiya

MTS, Megafon

10.

Cənubi Afrika

Vodafone

11.

İspaniya

Vodafone

12.

Niderland

Vodafone

13.

Böyük Britaniya

Vodafone

14.

Cənubi Koreya

Korea KT Corporation

Eyni zamanda "Bakcell" Azərbaycanda yeganə mobil operatordur ki, yuxarıda qeyd olunan ölkələrdən Azərbaycana səfər edənlərə 4G LTE rouminq xidməti göstərir. Bu xidmət birinci Avropa Oyunlarının keçirildiyi müddət ərzində ölkəmizə səfər edənlər arasında xüsusilə populyar olub və çoxsaylı xarici qonaqlar “Bakcell” tərəfindən təqdim olunan 4G mobil interneti barədə məmnun olduqlarını bildiriblər. I Avropa Oyunları zamanı Azərbaycana gələn turistlərin 1000 nəfərdən çoxu 150 Mbit/s çatan sürəti dəstəkləyən ən müasir LTE xidmətindən faydalanmaq üçün “Bakcell” şəbəkəsini seçiblər.

“Bu gün Azərbaycan mobil operatorları arasında yalnız “Bakcell” abunəçiləri 4G rouminq xidmətindən faydalana bilərlər və Azərbaycanda 4G xidmətindən faydalanmaq istəyən xarici operatorların abunəçiləri “Bakcell” şəbəkəsini seçə bilərlər. Hazırda bu xidmət Azərbaycandan kənarda istirahət edənlər və ya ezamiyyətdə olan korporativ abunəçilərimiz arazında sürətlə populyarlaşır. Bakıda 4G xidmətinin əhatə dairəsini genişləndirməklə yanaşı biz abunəçilərimizə LTE xidmətini təqdim edən ölkələrin sayını da artırırıq” - deyə, “Bakcell” şirkətinin baş icraçı direktoru cənab Riçard Şirer bildirib.

Hazırda “Bakcell” abunəçiləri ümumilikdə 168 ölkədə 417 mobil operatorun şəbəkəsində rouminq xidmətindən istifadə edə bilirlər.

Xarici səfərdə olan abunəçilər “Bakcell” Rouminq Applikasiyasından istifadə etməklə bütün tərəfdaş rouminq ölkələrində və operatorlarında zəng, SMS və İnternet qiymətləri və cari rouminq kampaniyaları haqqında bütün məlumatları əldə edə, eyni zamanda, “Bakcell”lə onlayn əlaqə yaradaq dəstək ala bilərlər. 4G rouminq xidmətinin partnyorların siyahısı barədə məlumat da həmçinin “Bakcell” rouminq applikasiyasından əldə oluna bilər.

"Bakcell" Rouminq applikasiyası haqda daha ətraflı məlumat üçün: http://www.bakcell.com/az/bakcell-rouminq-app

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR