Kazandakı yanğınla bağlı daha bir nəfər şübhəli şəxs qismində saxlanılıb

Kazandakı yanğınla bağlı daha bir nəfər şübhəli şəxs qismində saxlanılıb
# 14 mart 2015 18:31 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya İstintaq Komitəsinin məlumatında bildirilir.

Məlumata görə, saxlanılan şəxs icarədar “Zarya” şirkətinin direktorunun təhlükəsizlik texnikası üzrə müavini Nikolay Kayekindir. O hadisə ilə bağlı təqsiri olmadığını bildirib. Bundan əvvəl ticarət mərkəzində yanğınla əlaqədar məhkəmənin qərarı ilə şirkət direktoru Hüseyn Qəhrəmanov həbs olunub.

Son məlumata görə, “Admiral” ticarət mərkəzində yanğın nəticəsində ölənlərdən 17 nəfərin cəsədi tapılıb. Dağıntılar altında itkin düşmüş daha 19 nəfərin qaldığı ehtimal olunur. Hadisə nəticəsində 50 nəfər xəsarət alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR