Xəyalə Nağıyeva: "Valyutada olan aktivlərin yenidən qiymətləndirilməsi "PAŞA Bank"ın aktivlərini artırıb"

Xəyalə Nağıyeva: "Valyutada olan aktivlərin yenidən qiymətləndirilməsi "PAŞA Bank"ın aktivlərini artırıb"
# 20 iyun 2016 13:06 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. "PAŞA Bank” 2015-ci ildən müvəffəqiyyətlə çıxıb.

"APA-Economics" xəbər verir ki, bunu "PAŞA Bank"ın İdarə Heyətinin üzvü, baş maliyyə inzibatçısı Xəyalə Nağıyeva bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 2015-ci ilin sonuna bankın aktivləri 2 mlrd. 292,739 mln. manat təşkil edib ki, bu da 2014-cü illə müqayisədə 80% artım deməkdir: "Bu artımın 50%-dən çoxu biznesin genişlənməsi, 40%-ə yaxını isə valyutada olan aktivlərin yenidən qiymətləndirilməsi hesabına baş verib. Hesabat dövründə bankın kredit portfeli 66% artaraq 949,848 mln. manat təşkil edib".

X. Nağıyeva qeyd edib ki, ötən il bankın məcmu kapitalı 34% artaraq 432,489 mln. manata çatıb.

Bankın faiz gəlirləri 100,280 mln. manat, qeyri-faiz gəlirləri isə 40,308 mln. manat olub.

2015-ci ilin sonuna bankın öhdəliklərində 96% artım müşahidə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR