Poylu-Salahlı dəmir yolu mənzilində 6,2 km yolun əsaslı təmirinə başlanıb - FOTO

Poylu-Salahlı dəmir yolu mənzilində 6,2 km yolun əsaslı təmirinə başlanıb - <span style="color: red;">FOTO
# 13 noyabr 2014 07:13 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. “Azərbaycan Dəmir Yolları” QSC Bakı-Böyük Kəsik istiqamətində əsaslı təmir işlərini davam etdirir.

“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun “APA-Economics”ə verdiyi məlumata görə, bu gün Poylu-Salahlı mənzilində 6,2 km yolun əsaslı təmirinə start verilib.

O bildirib ki, təmir işləri beş gün davam edəcək: “Əsaslı təmir işlərini həyata kecirən “Azərbaycan Dəmir Yolları” QSC “Dəmiryolservis” MMC-nin müəssisələri həyata keçirir”.

“Dəmiryolservis” MMC-nin baş mühəndisi Əfsələfddin Gəncəliyevin verdiyi məlumatda bildirilir ki, səhər saatlarında artıq 500 metr köhnə yol sökülüb.

Qeyd edək ki, “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”nın icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 10 iyun 2011-ci ildə Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində start verilib və bu günə kimi 354,4 km yol əsaslı təmir olunub. Bunun da 342 kilometri 800 metrlik uzunölçülü relslərlə (pletlərlə) əvəzlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR