Deputat Novruz Aslanov seçiciləri qəbul edib - FOTO

Deputat Novruz Aslanov seçiciləri qəbul edib - <span style="color: red;">FOTO
# 23 oktyabr 2014 08:28 (UTC +04:00)

Bakı-APA. Milli Məclisin (MM) deputatı Novruz Aslanov oktyabrın 22-də İsmayıllı rayonunun Quşencə kəndində seçicilərini qəbul edib. Deputatın qərargahından APA-ya verilən məlumata görə, qəbul kənd orta məktəbinin binasında keçirilib. Kənd sakinlərinin qaldırdığı məsələ əsasən kəndin içməli su və elektrik dirəklərinin dəyişdirilməsi və kəndə gedən yol ilə bağlı olub. Sakinləri narahat edən məsələlər barədə millət vəkili müvafiq qurumlar qarşısında məsələ qaldırılacağını bildirib. Digər həlli vaxt tələb edən məsələlər barədə müvafiq addımların atılacağı kənd sakinlərinin diqqətinə çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR