“Xeyir ilə Şərin rəqsi” bədii filminin çəkilişlərinə başlanıb

“Xeyir ilə Şərin rəqsi” bədii filminin çəkilişlərinə başlanıb
# 05 mart 2015 10:50 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında "Xeyir ilə Şərin rəqsi" adlı bədii filmin çəkilişlərinə başlanıb.

Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, xalq yazıçısı Çingiz Abdullayevin "Quba kapriççosu" romanının motivləri əsasında ekranlaşdırılan filmin quruluşçu rejissoru Yavər Rzayev, ssenari müəllifləri Çingiz Abdullayev və Yavər Rzayevdir.

Qubanın Qırımızı qəsəbəsində Qacar şah nəslinə mənsub qədim nadir almazın axtarışı əsas süjet xəttini təşkil edən filmin çəkilişləri Qubada, Bakı şəhərinin müxtəlif ərazilərində və kinostudiyanın pavilyonlarında qurulmuş dekorasiyalarda aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR