"Brexit" ABŞ-ın 5 iri bankının gəlirini 10%-dək azaldacaq

"Brexit" ABŞ-ın 5 iri bankının gəlirini 10%-dək azaldacaq
# 20 iyun 2016 15:04 (UTC +04:00)

Bakı - APA-Economics. ABŞ-ın 33 bankı Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxmasının ("Brexit") onların biznesinə mümkün təsirini qiymətləndirib. "APA-Economics" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi öz mənbələrinə istinadən yazır.

ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) stress-testlərin nəticələrini referendum keçiriləcəyi gün, yəni iyun 23-də dərc edəcək.

KBW-in analitikləri hesab edir ki, "Brexit" gələn il ABŞ-ın 5 ən iri bankının gəlirini 5-9% azaldacaq. Əsas səbəb kimi, valyuta məzənnələrinin volatilliyi, ticarət əməliyyatlarının həcminin azalması və s. göstərilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR